Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Risale-i Nurda hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlməsi-2

7) ...HƏZRƏTİ İSA ƏLEYHİSSALAM, İSƏVİLİK ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK DİNSİZLİYİN ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI yox edəcək...(Mektubat, səh. 6)

Bədiüzzaman bu sözündə, hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyini və Dəccalın fitnəsini fikirlə təsirsiz hala gətirəcəyini bildirir:

 

HƏZRƏTİ İSA ƏLEYHİSSALAM, İSƏVİLİK ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK:

Bədiüzzaman bu sözündə "HZ. İSA (Ə.S)-IN XRİSTİANLIĞIN ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL ETDİYİNİ" ifadə edir.Bədiüzzaman, tarix boyu göndərilmiş bütün elçilər və peyğəmbərlər kimi, hz. İsa (ə.s)-ın da onu dəstəkləyən, ona iman gətirən və onun ardınca gedən insanlardan ibarət olan şəxs-i mənəvisi olacağını bildirir.

Lakin Bədiüzzaman "İSƏVİLİK ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK" sözləriylə, Allahın qanununa uyğun olaraq "HZ. İSA (Ə.S)-IN DA BU ŞƏXS-İ MƏNƏVİNİN BAŞINDA BİLAVASİTƏ BİR HİDAYƏT ÖNDƏRİ KİMİ ÇIXIŞ EDƏCƏYİNİ" ifadə edir.

Necə ki, bir şəxs-i mənəvinin başqa bir şəxs-i mənəvini təmsil etməsi qeyri-mümkündür. Bir şəxs-i mənəvinin meydana gələ bilməsi üçün, əvvəla onun başında "BİR ŞƏXS" olmalıdır. Bədiüzzaman da bu həqiqəti vurğulayaraq hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olmadığını, öz şəxs-i mənəvisinin başında çıxış edəcəyini və onlara bilavasitə liderlik edəcəyini açıqlayır. Bədiüzzamanın ifadə etdiyi bu həqiqətlər, bir iki sual verildikdə də asanlıqla aydın olur:

 

1) İsəvilik şəxs-i mənəvisini bir insan təmsil edir. Bəs bu kimdir?

         Hz. İsa (ə.s).

1)        Hz. İsa (ə.s) kimi təmsil edir?

         İsəvilik şəxs-i mənəvisini.

 

Bu sualların cavabları Bədiüzzamanın hz. İsa (ə.s)-dan və şəxs-i mənəvisindən ayrı anlayışlar kimi bəhs etdiyini açıqca göstərir.

 

DİNSİZLİYİN ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI:

Bədiüzzaman eynilə hz. İsa (ə.s) kimi Dəccalın da şəxs-i mənəvisi olacağını ifadə edir. Lakin Bədiüzzaman "DİNSİZLİYİN ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI" sözləriylə, Dəccalın da yenə "BİR ŞƏXS KİMİ BU ŞƏXS-İ MƏNƏVİNİN BİLAVASİTƏ BAŞINDA ÇIXIŞ EDƏCƏYİNİ" ifadə edir.

Bədiüzzaman əsərlərində, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda gələcəyini xəbər verdiyi bütün adların bir şəxs olduqlarını müxtəlif dəlillərlə açıqlamışdır. Dəccal da bu Axırzaman şəxslərindən biridir. Bədiüzzaman Dəccalın bir şəxs olacağını nə qədər təfərrüatlı şəkildə açıqlamışdırsa, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın şəxs olacaqları mövzusunda da eyni açıqlıqda dəlillər ortaya qoymuşdur.

Şübhəsiz ki, Bədiüzzamanın bu izahatlarından bir hissəsini fərqli şərh edib, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın şəxs-i mənəvi, lakin Dəccalın şəxs olacağını düşünmək çox yanlış yanaşma tərzi olacaq. Çünki Bədiüzzaman Dəccal kimi, "hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın da BİR ŞƏXS KİMİ gələcəklərini" israrla təkrarlamış və bunları dəlilləriylə birlikdə açıqlamışdır.

 

8) ...Dinsizlik cərəyanına qarşı ayrı-ayrılıqda mübarizə apararkən məğlub olan İsəvilik və İslamiyyət; ittihad (birləşmələri) nəticəsində, dinsizlik cərəyanına (axınına) qələbə çalıb (qalib gəlib), onu yox edəcək istedadda (qabiliyyətdə) olarkən, ALƏM-İ SƏMAVATDA (göylər aləmində) CİSM-İ BƏŞƏRİSİYLƏ (insani cismiylə, bədəniylə) MÖVCUD OLAN ŞƏXSİ İSA ƏLEYHİSSALAM O DİN-İ HAQQ CƏRƏYANININ (haqq dinin) BAŞINA KEÇƏCƏYİNİ bir Müxbiri Sadiq (doğru xəbər çatdıran (Peyğəmbərimiz (s.ə.v)-in sifətlərindən biri)), bir Qadir-i Külli Şeyin (hər şeyə qadir olan uca Allahın) vədinə isnad edərək (əsaslanaraq) xəbər vermişdir. Madam ki, xəbər vermişdir, haqqdır; madam ki, QADİR-İ KÜLLİ ŞEY (hər şeyə qadir olan uca Allah) VƏD EDİB, O ZAMAN, ƏLBƏTTƏ, EDƏCƏK... (Mektubat, səh. 53-54)

Bədiüzzaman, xristianların Qurana qayıdaraq İslamiyyətə tabe olmaları və bu iki İlahi dinin birləşmələri nəticəsində güclənib, inkarçı fəlsəfələri yox edəcək güc qazanacaqlarını izah edir.

Bu dövrdə, hz. İsa (ə.s) ikinci dəfə yer üzünə gəlib, bu gücün başına keçəcək. Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in bu müjdəni Allahın vədinə əsaslanaraq xəbər verdiyini bildirmiş və Allahın Öz vədini mütləq yerinə yetirəcəyini xatırlatmışdır:

 

ALƏM-İ SƏMAVATDA (GÖYLƏR ALƏMİNDƏ) CİSM-İ BƏŞƏRİSİYLƏ (İNSANİ CİSMİYLƏ, BƏDƏNİYLƏ) MÖVCUD OLAN:

Bədiüzzaman bu sözündə, yaxın gələcəkdə xristianlığın, dinə sonradan daxil edilən bəzi inanc və tətbiqlərdən təmizlənərək əslinə qayıdacağını və Qurana tabe olacağını izah edir. İslamiyyətə tabe olan xristianlığın, güclərini müsəlmanlarla birləşdirəcəklərini və dinsizliyə qarşı ortaq fikri mübarizə aparacaqlarını bildirir.

Bədiüzzaman "ALƏM-İ SƏMAVATDA CİSM-İ BƏŞƏRİSİYLƏ MÖVCUD OLAN" sözləriylə, bədəni ilə göylər aləmində olan hz. İsa (ə.s)-ın, yer üzünə enərək bu mübarizənin başına keçəcəyini ifadə edir. Bədiüzzaman bu sözlərində bədəni (cism-i bəşərisi) ilə yer üzünə enəcəyini bildirərək, hz. İsa (ə.s)-ın mübarək şəxsiylə "BİR ŞƏXS" kimi yer üzünə gələcəyini ifadə etmişdir.

Bədiüzzaman burada "İNSAN" mənasını verən "BƏŞƏR" sözündən istifadə edərək hz. İsa (ə.s)-ın şəxs-i mənəvi deyil, "cismani cəhətdən varlığı olan bir şəxs" olduğunu açıqca ifadə etmişdir.

 

ŞƏXS-İ İSA ƏLEYHİSSALAM:

Bədiüzzamanın burada işlətdiyi "ŞƏXS-İ İSA ƏLEYHİSSALAM" ifadəsi, "HZ. İSA (Ə.S)-IN ŞƏXSİ" mənasını verir.Dolayısilə Bədiüzzaman sözləriylə hz. İsa (ə.s)-ın "şəxsi mənəvi olmadığı" mövzusuna qəti aydınlıq gətirir. Hz. İsa (ə.s) Axırzamanda bir şəxs kimi ikinci dəfə yer üzünə gələcək, Dəccalın fitnəsini aradan qaldıracaq və hz. Mehdi (ə.s) ilə əməkdaşlıq edəcək. Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın vəsilə olmasıyla İslam əxlaqı bütün dünyaya hakim olacaq.

Axırzamanın bu böyük müjdələri hələ gerçəkləşməmişdir və İslam aləmi tərəfindən bu müqəddəs hadisələrin gerçəkləşməsi gözlənilir. Bədiüzzaman da bu ifadəsiylə, hz. Mehdi (ə.s)-ın keçmiş dövrdə zühur etdiyi iddiasının yanlışlığını göstərir. Çünki hələ, hz. İsa (ə.s)-ın gəlişi və hz. Mehdi (ə.s)-la olan ittifaqı baş tutmamış və Dəccalın fitnəsi tam mənasıyla aradan qaldırılmamışdır.

Şübhəsiz ki, belə geniş miqyaslı hadisələr bütün dünyanın gözləri qarşısında cərəyan edəcək. Kütləvi informasiya vasitələrinin vasitəçiliyi ilə, hər kəsin dərhal xəbərdar olacağı və yaşayacağı bu böyük dəyişiklik, nə Bədiüzzamanın dövründə, nə də başqa dövrdə yaşanmamışdır.

 

O DİN-İ HAQQ CƏRƏYANININ (HAQQ DİNİN) BAŞINA KEÇƏCƏYİNİ:

Bədiüzzaman, "O DİN-İ HAQQ CƏRƏYANININ BAŞINA KEÇƏCƏYİNİ" sözləriylə hz. İsa (ə.s)-ın, yenidən yer üzünə gəldikdə həqiqi İsəvilərin lideri olacağını bildirir. Hz. İsa (ə.s)-ın gəlməsiylə, xristianlıq batil inanc və hökmlərindən təmizlənəcək və Qurana tabe olacaq.

Bədiüzzamanın hz. İsa (ə.s) ilə əlaqədar xəbər verdiyi bütün bu hadisələr, hz. Mehdi (ə.s)-ın zühur etdiyi eyni dövrlərdə baş verəcək. Lakin nə hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlməsi və bütün İsəvilərin liderliyini boynuna götürməsi, nə də xristianların dinlərini batil inanc və tətbiqlərdən təmizləyərək İslama yönəlmələri hələ baş tutmamışdır.

Bu hadisələrlə birlikdə hz. İsa (ə.s)-ın hz. Mehdi (ə.s)-la olan birgəliyi hələ gerçəkləşməyib. Dolayısilə Bədiüzzaman, verdiyi bütün bu məlumatlarla bizə hz. Mehdi (ə.s)-ın keçmiş dövrlərdə gəlmədiyini, gözlənilən bütün bu hadisələrin də hz. Mehdi (ə.s)-ın zühurunun ən aydın əlamətlərindən olacağını müjdələyir.

 

QADİR-İ KÜLLİ ŞEY (HƏR ŞEYƏ QADİR OLAN UCA ALLAH) VƏD EDİB, O ZAMAN, ƏLBƏTTƏ, EDƏCƏK:

Bədiüzzaman, bu müqəddəs hadisələrin gerçəkləşməsinin uca Allahın bir vədi olduğuna diqqət çəkir. Allah Quranda bütün iman gətirənləri, İslam əxlaqının yer üzünə hakim olacağı mövzusunda müjdələyir.

Allahın bu vədi bir ayədə belə bildirilmişdir:

 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri “güc və hakimiyyət sahibi” etdiyi kimi, onları da “güc və hakimiyyət sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar təkcə Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra inkar edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

 

Quranda Allahın vədini mütləq yerinə yetirəcəyi isə, bəzi ayələrdə belə bildirilir:

 

Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların əksəriyyəti bilmir. (Rum surəsi, 6)

 

...Həqiqətən, Allah vədinə xilaf çıxmaz! (Ali İmran surəsi, 9)

 

...Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz. (Rad surəsi, 31)

 

Allahın Quran ayələrində bildirilən bu müjdəli vədləri inşaAllah yerinə yetəcək. Bədiüzzaman da sözlərində Qurandakı bu məlumatlara əsaslanaraq çox qəti bir ifadə işlətmiş və Allahın icazəsi ilə Axırzamanda bu hadisələrin "MÜTLƏQ BAŞ VERƏCƏYİNİ" xatırlatmışdır.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və Bədiüzzamanın sözlərində Axırzamanla əlaqədar bildirilən hadisələr bu günə qədər baş verməmişdir. Necə ki, Bədiüzzaman "EDƏCƏK" ifadəsiylə "baş vermis və ya baş verməkdə olan" bir hadisəni deyil, "GƏLƏCƏKDƏ BAŞ VERƏCƏK" bir hadisəni izah edir.

Hz. İsa (ə.s) hələ ikinci dəfə yer üzünə gəlməmişdir. Bu mübarək şəxsin ikinci dəfə gəlməsini bütün İslam və xristian aləmi gözləyir. Hz. Mehdi (ə.s) ilə olan ittifaqı da hələ baş tutmamışdır. Bədiüzzaman da bu sözlərində bu həqiqəti xatırlatmış və hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın özündən "DAHA SONRAKI BİR TARİXDƏ GƏLƏCƏKLƏRİNİ" müjdələmişdir.

 

9) Bəli HƏR VAXT SƏMAVATDAN MƏLAİKƏLƏRİ (səmadan mələkləri) YERƏ GÖNDƏRƏN və bəzi vaxtda insan surətinə vəz edən (salan) (həzrəti Cəbrayılın "dihyə" surətinə girməsi kimi) və ruhaniləri (cisim olmayıb gözlə görülməyən varlıqları; cin və mələkləri) aləm-i ərvahdan (ruhlar aləmindən) göndərib bəşər surətinə (insan formasına) təməssül etdirən (salan, cisimləşdirən), hətta ölmüş övliyaların çoxlarının ərvahlarını (ruhlarını) cəsəd-i misalıyla (varlığı maddi olmayan lakin cinsinin cəsədinə bənzəyən bədən) dünyaya göndərən bir Hakimi Zülcəlal (hər şeyə qadir olan uca Allah), HƏZRƏTİ İSA ƏLEYHİSSALAMI, İSA DİNİNƏ AİD ƏN MÜHÜM BİR HÜSN-Ü XATİMƏSİ (gözəl nəticəsi) ÜÇÜN, nəinki SƏMA-İ DÜNYADA (göylər aləmində) CƏSƏDİYLƏ (insani bədəniylə) MÖVCUD OLAN VƏ HƏYATDA OLAN HƏZRƏTİ İSA, bəlkə ALƏM-İ AXİRƏTİN (axirət aləminin) ƏN UZAQ GUŞƏSİNƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ, YENƏ BELƏ BİR NƏTİCƏ-İ ƏZİMƏ (böyük nəticə) ÜÇÜN ONU YENİDƏN CƏSƏD SAHİBİ EDİB DÜNYAYA GÖNDƏRMƏK, O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL... bəlkə Onun hikməti elə iqtiza etdiyi üçün (lazım olduğu üçün) VƏD EDİB VƏ VƏD ETDİYİ ÜÇÜN, ƏLBƏTTƏ, GÖNDƏRƏCƏK. (Mektubat, səh. 56-57)

Bədiüzzaman, bir daha hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlməsinin mütləq gerçəkləşəcəyini bildirir və mələklərin mövqeyini nümunə verərək bu mövzunu açıqlayır:

 

HƏR VAXT SƏMAVATDAN MƏLAİKƏLƏRİ (SƏMADAN MƏLƏKLƏRİ) YERƏ GÖNDƏRƏN:

Hz. İsa (ə.s)-ın Axırzamanda yenidən dünyaya qayıdacaq olması Rəbbimizin möcüzələrindən biridir. Bədiüzzaman sözləriylə Quranda və hədislərdə xəbər verilən bu açıq həqiqəti dilə gətirir və hz. İsa (ə.s)-ın Allahın icazəsi ilə yer üzünə ikinci dəfə gəlməsinin qəti həqiqət olduğunu açıqlayır.

Bədiüzzaman, mələklərin də Allahın icazəsi ilə lazım gəldikdə yer üzünə gəldiklərini söyləyir, hz. İsa (ə.s)-ın da, Allahın təqdir etdiyi vaxt gəldikdə, yer üzünə geri qayıdacağını və Rəbbimizin elçisi kimi insanları həqiqi din əxlaqına dəvət edəcəyini izah edir. Mələklər, insanların bildiyi zaman və məkan aləmindən fərqli aləmdə yaşayarlar. Mələklərin yaşadığı aləmin, bizim bildiyimiz anlayışlardan kənar olduğuna işarə edən bir ayə belədir:

 

(Bu əzab) Yüksək mövqelərin sahibi olan Allahdandır. Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric surəsi, 3-4)

 

Ayədə bildirilən "əlli min ilə bərabər bir gün" ifadəsi, mələklərin bizim məhdudlaşdığımız zaman məhfumu ilə məhdudlaşmadıqlarını göstərir. Həmçinin insana məlum olan zaman məhfumundan kənar bir həyat daha olduğunun və bu həyatın dünyadakına bənzər zaman və ya məkan məhfumundan asılı olmadığının dəlillərindən biridir. Hz. İsa (ə.s) da belə bir aləmdə yaşamaqda bilər (doğrusunu Allah bilər).

Mələklərin, Allahın istədiyi vaxtda təqdir etdiyi bir iş üçün dünyaya gəlmələri isə, digər aləmlərdən bizim aləmimizə keçməyin, Rəbbimizin icazəsi ilə mümkün olduğunu göstərir. Quranda mələklərin, bəzən Allahın insanlara vəhyini çatdırmaq, bəzən də möminlərə kömək etmək və onlara dəstək olmaq üçün, Allahın icazəsi ilə yer üzünə endikləri bildirilir:

 

O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələklə köməyinizə çatması, sizə bəs etmirmi?” (Ali İmran surəsi, 124)

 

Allah qullarından istədiyi kimsəyə mələkləri əmrindən olan ruhla endirib buyurur: “Qullarımı xəbərdar edin ki, Məndən başqa İlah yoxdur. Məndən qorxun!” (Nəhl surəsi, 2)

 

Həmçinin, Quranda hz. İbrahim və hz. Luta mələklərin elçilər kimi gəlib qövmlərinə gələcək əzabı xəbər verdikləri; hz. Zəkəriyaya gəlib onu bir uşaqla müjdələdikləri; hz. Məryəmə gəlib özünün seçilmiş olduğunu və hz. İsa (ə.s)-ın doğumunu xəbər verdikləri bildirilir. Qurani Kərimin Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə Cəbrayıl vasitəsilə vəhy edilməsi və Peyğəmbərimiz (s.ə.v)-in Cəbrayılı görməsindən də bəhs edilir. Bədiüzzaman da mələklərin bu mövqeyini nümunə verərək, hz. İsa (ə.s)-ın Axırzamanda insani bədəniylə ikinci dəfə yer üzünə gəlməsinin Allahın qanununa uyğun olduğunu və Allahın bu vədinin gerçəkləşəcəyini bildirir.

 

 

HƏZRƏTİ İSA ƏLEYHİSSALAMI, İSA DİNİNƏ AİD ƏN MÜHÜM BİR HÜSN-Ü XATİMƏSİ (GÖZƏL NƏTİCƏSİ) ÜÇÜN:

 

Bədiüzzaman "İSA DİNİNƏ AİD ƏN MÜHÜM BİR HÜSN-Ü XATİMƏSİ ÜÇÜN" sözləriylə Rəbbimizin "MÜHÜM BİR GÖZƏL NƏTİCƏ" üçün hz. İsa (ə.s)-ı ikinci dəfə yer üzünə göndərəcəyini müjdələyir. Hz. İsa (ə.s)-ın yenidən yer üzünə gəlməsiylə, xristianlıq bütün batil inanc və batil tətbiqlərindən təmizlənəcək və İslama qayıdacaq.

Bu vəsilə ilə, xristianlıq hz. İsa (ə.s)-a vəhy edilmiş haqq vəziyyətinə qayıdacaq, müsəlmanlarla həqiqi İsəvilər arasında ittifaq qurulacaq və bu haqq ittifaq yer üzünə sülh və dinclik gətirəcək.

 

SƏMA-İ DÜNYADA (GÖYLƏR ALƏMİNDƏ) CƏSƏDİYLƏ (İNSANİ BƏDƏNİYLƏ) MÖVCUD OLAN VƏ HƏYATDA OLAN HƏZRƏTİ İSA:

Bədiüzzaman, bu sözləriylə hz. İsa (ə.s)-ın da eynilə mələklər kimi, Allah qatında diri olduğunu və Allahın təqdir etdiyi vaxt gəldikdə yer üzünə gələcəyini söyləyir.

Mələklər, Allahın istəyi ilə müxtəlif dövrlərdə yer üzünə enir və təkrar Allah qatına çıxırlar. Lakin onların Allah qatına çıxmaları, əlbəttə, dünyada bizə məlum olan məhfumlara görə yox olmaları mənasını vermir. Onlar, təkcə başqa aləmə keçir və bizim qavraya bilmədiyimiz həyatlarına davam edirlər.

Eynilə hz. İsa (ə.s)-ın Allah qatına alınmış olması da, öldüyü mənasını verməz. Necə ki, bir çox ayədə hz. İsa (ə.s)-ın ölmədiyi açıq şəkildə bildirilir və bu həqiqət hədislərlə də bir daha təsdiq edilir. Hz. İsa (ə.s) da bizim qavraya bilmədiyimiz bir aləmdə diridir. Həmçinin, mələklərin iki aləm arasında, Allahın istəyi ilə, hərəkət etmələri də, Rəbbimiz istədiyi təqdirdə bunun çox asan olduğunu göstərir. Hz. İsa (ə.s) da, Allahın təqdir etdiyi vaxt gəldikdə, yer üzünə geri qayıdacaq və Rəbbimizin elçisi kimi insanları həqiqi din əxlaqına dəvət edəcək. Bədiüzzaman da bu sözləriylə bu həqiqəti dilə gətirir.

Bədiüzzaman "SƏMA-İ DÜNYADA CƏSƏDİYLƏ MÖVCUD OLAN VƏ HƏYATDA OLAN HƏZRƏTİ İSA" sözləriylə hz. İsa (ə.s)-ın ölmədiyini, hələ də həyatda olduğunu və insani bədəniylə ikinci dəfə yer üzünə gələcəyini bildirir. Bədiüzzaman verdiyi bu məlumatlarla, hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olmadığını açıqca göstərir və bu mübarək peyğəmbərin Axırzamanda Allahın bir möcüzəsi olaraq ikinci dəfə "İNSANİ BƏDƏNİYLƏ BİR ŞƏXS KİMİ YER ÜZÜNƏ GƏLƏCƏYİNİ" müjdələyir.

 

ALƏM-İ AXİRƏTİN (AXİRƏT ALƏMİNİN) ƏN UZAQ GUŞƏSİNƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ, YENƏ BELƏ BİR NƏTİCƏ-İ ƏZİMƏ (BÖYÜK NƏTİCƏ) ÜÇÜN ONU YENİDƏN CƏSƏD SAHİBİ EDİB DÜNYAYA GÖNDƏRMƏK, O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL:

Bədiüzzaman bu sözləriylə Rəbbimizin gücünün sonsuz olduğunu və hər istədiyini etməyə qadir olduğunu xatırladır və hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlməsinin Allahın icazəsi ilə mütləq gerçəkləşəcəyini ifadə edir. Bədiüzzamanın, hz. İsa (ə.s)-ın gəlməsindən Rəbbimizin sonsuz gücünü dilə gətirərək bəhs etməsi, şübhəsiz ki, bu mövzuda nə qədər qəti qənaətə sahib olduğunun ən aydın göstəricilərindəndir.

Bədiüzzaman həmçinin burada bir nümunə verərək: "HƏQİQƏTƏN ÖLSƏYDİ, yenə belə bir nəticə-i əzimə (böyük nəticə) üçün Onu YENİDƏN CƏSƏD SAHİBİ EDİB DÜNYAYA GÖNDƏRMƏK, O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL" deyir.Bədiüzzaman bu sözləriylə açıqca "BİR İNSAN"dan bəhs etdiyini və hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olmadığını göstərir.

Rəbbimizin təqdiriylə hz. İsa (ə.s)-ın Axırzamanda "BİR ŞƏXS" kimi ikinci dəfə yer üzünə gələcəyini bir daha müjdələyir.

 

VƏD EDİB VƏ VƏD ETDİYİ ÜÇÜN, ƏLBƏTTƏ, GÖNDƏRƏCƏK:

Allah, hz. İsa (ə.s)-ın yenidən dünyaya gələcəyini bildirmişdir. O bu vədini mütləq yerinə yetirəcək.

Bütün bu dəlillər, Allahın gücünü və qüdrətini lazımınca təqdir edə bilmədikləri üçün, hz. İsa (ə.s)-ın ölmədiyi və yer üzünə geri qayıdacağı həqiqətini rədd etməyə çalışan insanların, xeyli yanıldıqlarının göstəricisidir.

Unutmamaq lazımdır ki, Allah üstün güc və qüdrət sahibi və hər şeyə qadir olandır. İstədiyini istədiyi şəkildə yaradar. Elmi sonsuzdur. Allahın müəyyənləşdirdiyi müddət gəldikdə, böyük bir möcüzə baş verəcək və hz. İsa (ə.s) dünyaya geri qayıdacaq. Bu həqiqət, ayələrlə və hədislərlə müjdələnilmişdir və bütün iman gətirənlərin üzərində düşünməli olduqları bir möcüzədir. Bədiüzzaman da Allahın bu vədini dilə gətirmiş, Quranda bildirildiyi kimi, Rəbbimizin vədini mütləq yerinə yetirəcəyini xatırladaraq, hz. İsa (ə.s)-ın insani bədəniylə yer üzünə ikinci dəfə gəlməsinin "QƏTİ BİR HƏQİQƏT" olduğunu müjdələmişdir.

 

10) ...HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT, hər kəsin ONUN HƏQİQİ İSA, olduğunu bilməsi lazım deyil. ONUN MÜKƏRRƏB VƏ HAVASSI (dərin imanlı yaxın tələbələri), nur-u iman (imanın nuru) ilə ONU TANIYAR. Yoxsa bədahət (birdən-birə və açıqca) dərəcəsində HƏR KƏS ONU TANIMAYACAQ... (Mektubat, səh. 60)

Bədiüzzaman, yer üzünə qayıtdığı ilk illərdə hz. İsa (ə.s)-ı tanıya biləcək insanların sayının çox az olacağını bildirmişdir. Buna görə də, təkcə yaxın ətrafı və dərin iman sahibi tələbələri hz. İsa (ə.s)-ı imanlarının nuru ilə tanıya biləcək, lakin bütün insanlar onun açıqca hz. İsa (ə.s) olduğunu bilməyəcək:

 

HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT:

Bədiüzzaman "HZ. İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT" sözləriylə bir neçə mühüm mövzuya aydınlıq gətirir. Bədiüzzaman "GƏLDİYİ VAXT" ifadəsiylə əvvəlcə hz. İsa (ə.s)-ın "QƏTİ OLARAQ GƏLƏCƏYİNİ" müjdələyir. Bədiüzzaman buradakı "GƏLMƏK" feliylə isə, hz. İsa (ə.s)-ın "mənəvi bir varlıq" olmadığını "BİR ŞƏXS" olduğunu açıqlayır.

Bir şəxs-i mənəvinin "gəlməsi" qeyri-mümkündür. Bir şəxs-i mənəvi ancaq "meydana gələ bilər". "GƏLMƏK" hərəkəti "bir insanın edə biləcəyi bir hərəkət"dir. Bədiüzzaman da bu sözləriylə bu mühüm fərqi vurğulayır və hz. İsa (ə.s)-ın bir şəxs kimi yer üzünə gələcəyi mövzusuna qətilik qazandırır.

 

ONUN HƏQİQİ İSA:

Bədiüzzaman, "ONUN HƏQİQİ İSA" ifadəsiylə, hz.İsa (ə.s)-ın mənəvi varlıq deyil, "BİR İNSAN" olacağını bir daha açıqlayır. Bədiüzzaman "HƏQİQİ İSA" deyərək,"BİR İNSAN"danbəhs edir və hz. İsa (ə.s)-ın başqa şəxslərdən olan fərqini isə, "HƏQİQİ" sözüylə konkretləşdirir. Bədiüzzaman həmçinin burada işlətdiyi şəxsiyyət ifadə edən "ONUN" sözüylə də hz. İsa (ə.s)-ın "BİR ŞƏXS" olduğunu bir daha dilə gətirir. Bədiüzzaman həmçinin buradakı "HƏQİQİ İSA" sözləriylə hz. İsa (ə.s)-ın, yer üzünə ikinci dəfə gəldikdə, yenə hamısı bir şəxs olan "saxta Məsihlər"dən fərqli olacağını vurğulamış və bu mübarək şəxsin "HƏQİQİ HZ. İSA (Ə.S)" olacağını ifadə etmişdir.

Hz. İsa (ə.s) gəldikdə, Quran ayələrində və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilən işarələrə uyğun xüsusiyyətləriylə, bu saxta Məsihlərdən seçiləcək və Bədiüzzamanın ifadə etdiyi kimi, "həqiqi hz. İsa (ə.s)" olacaq.

 

ONUN MÜKƏRRƏB VƏ HAVASSI (DƏRİN İMANLI YAXIN TƏLƏBƏLƏRİ):

Bədiüzzaman burada "MÜKƏRRƏB VƏ HAVASSI" deyərək hz. İsa (ə.s)-ın "DƏRİN İMANLI YAXIN TƏLƏBƏLƏRİ" olacağından bəhs etmişdir. Bir şəxs-i mənəvinin "tələbələri" və ya "yaxın ətrafı" olacağından bəhs edə bilmək əsla mümkün deyil. Lakin bir insanın tələbələri ola bilər.

Şübhəsiz ki, Bədiüzzaman da bu həqiqəti çox yaxşı bilir. Hz. İsa (ə.s)-ın tələbələrindən bəhs edərək, onun şəxs-i mənəvi olmadığını müsəlmanlara açıqlayır və mübarək şəxsiylə tələbələrinin başında bilavasitə çıxış edəcəyini xəbər verir.

 

ONU TANIYAR:

Bədiüzzaman burada işlənən "ONU" sözüylə, yenə hz. İsa (ə.s)-ın "BİR ŞƏXS" kimi gələcəyini ifadə edir. Bədiüzzamanın işlətdiyi "TANIYAR" ifadəsi isə, bu mövzunu heç bir etiraza yer verməyəcək şəkildə dəqiqləşdirir. "TANIMAQ" vəziyyəti, təkcə "BİR İNSAN", "BİR ŞƏXS" üçün mümkün ola bilər."Yaxın ətrafının bir şəxs-i mənəvini tanıması", əlbəttə, qeyri-mümkündür.

Lakin Bədiüzzaman, dərin imanlı yaxın tələbələrinin imanın nuru ilə hz. İsa (ə.s)-ı tanıya biləcəklərini ifadə edir. Əlbəttə ki, Bədiüzzaman bu məlumatı verərkən bu həqiqətlərdən xəbərdardır. Bədiüzzaman bu açıqlamaları olduqca şüurlu şəkildə vermiş və bu yolla hz. İsa (ə.s)-ın, iman sahibləri tərəfindən tanına biləcək "BİR ŞƏXS" olduğunu qəti olaraq dəlilləndirmişdir.

 

HƏR KƏS ONU TANIMAYACAQ:

Bədiüzzaman "HƏR KƏS ONU TANIMAYACAQ" sözləriylə hz. İsa (ə.s)-ın kim olduğunu, gəldiyi ilk illərdə hər kəsin anlaya bilməyəcəyini, dolayısilə bütün insanların onu tanıya bilməyəcəyini ifadə edir. Bədiüzzaman bu sözləriylə yuxarıda qeyd edilən və insanlara aid bir vəziyyət olan "TANINMA" xüsusiyyətinə bir daha diqqət çəkir. Əgər Bədiüzzaman hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olduğu qənaətində olsaydı, belə bir açıqlama verməzdi. Hz. İsa (ə.s)-ın tanınmasından bəhs etməzdi. Lakin Bədiüzzaman "ONU" sözüylə hz. İsa (ə.s)-ın "BİR ŞƏXS" olduğunu bildirmiş və sonra da açıqca onu kimlərin tanıya bilməyəcəyini açıqlayaraq, bu vəziyyəti bir daha vurğulamışdır.